Ödənişin bərpa edilməsi mümkündümü ? Cavab: Bəli mümkündür. Ödəniş hansı terminalda olubsa həmin terminalda “Smartkart Bərpa” düyməsini basmaqla bərpa olunmalı məbləğ seçilir və bərpa düyməsi basılır. Bundan əlavə abonentlər şəxsiyyət vəsiqəsi, smart kart və qüsurlu olan ödəniş qəbzi ilə “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində Ödənişin bərpası Xidmətindən yararlana bilərlər. Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür? Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta köçürdə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur. Burada daha ətraflı oxuyun: AZERİQAZ BORÇ SORGULAMA